Dünya · Trend.az

ABŞ Venesuela neftindən İran müharibəsinə sərf etdiyi vəsaitdən 10 dəfə çox gəlir əldə edib - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Venesuela neftindən İran müharibəsinə sərf etdiyi vəsaitdən 10 dəfə çox gəlir əldə edib - Tramp xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən əldə etdiyi gəlirin İranla müharibəyə çəkilən xərcləri 10 dəfə üstələdiyini iddia edib.

O, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, demokrat konqresmen Ro Hanna İranla müharibəyə 25 milyard dollar xərcləndiyini bildirsə də, ABŞ Venesueladan bu məbləğdən təxminən 10 dəfə çox gəlir əldə edib.

Amerika lideri daha əvvəl də Venesuelada həyata keçirilən tədbirlər nəticəsində İrana qarşı müharibəyə sərf olunan vəsaitin kompensasiya edildiyini bəyan etmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑