Dünya · Teleqraf

Kiyevin doqquz rayonunda su təchizatı pozulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevin doqquz rayonunda su təchizatı pozulub xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Ukraynanın paytaxtı Kiyevin doqquz rayonunda su təchizatında ciddi problemlər yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxtın Svyatoşin, Podol və Şevçenko rayonlarında su təchizatı aşağı təzyiqlə həyata keçirilir.

Şəhərin daha altı rayonunda isə suyun verilməsi tamamilə dayandırılıb.

Bundan əvvəl Ukraynanın UNİAN informasiya agentliyi Kiyevdə bəzi istehlakçıların elektrik enerjisi ilə təchizatında da fasilələr yarandığını bildirib.

Su və elektrik enerjisi təchizatının nə vaxt tam bərpa olunacağı barədə hələlik məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑