Dünya · Teleqraf

Krımdan açıqlama: Yerli atəşkəslər minlərlə insanın həyatını xilas edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Krımdan açıqlama: Yerli atəşkəslər minlərlə insanın həyatını xilas edə bilər xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Xerson vilayətinin Aleşki şəhərində keçirilən humanitar əməliyyatın təcrübəsi Rusiya və Ukrayna arasında lokal atəşkəs mexanizmlərinin hazırlanmasına və minlərlə mülki şəxsin həyatının xilas edilməsinə kömək edə bilər.

Teleqraf xəbər verir ki, bu fikirləri Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov Teleqram kanalında bildirib.

Onun sözlərinə görə, Aleşkidə həyata keçirilən humanitar missiya müharibədən əziyyət çəkən mülki əhalinin qorunması baxımından mühüm addımdır.

“Təmas xətti boyunca Aleşki kimi çoxlu yaşayış məntəqəsi var. Orada uşaqlar, yaşlılar və digər mülki şəxslər əziyyət çəkirlər. Əgər münaqişə tərəfləri lokal atəşkəs mexanizmlərini işləyib hazırlasalar, bu, yüzlərlə, hətta minlərlə insanın həyatını xilas edə bilər. Belə təşəbbüslər bizi sülhə yaxınlaşdırır”, – Konstantinov vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Aleşkidə humanitar əməliyyatın keçirilməsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Oktyabrın 27-də Rusiya qüvvələri Xerson istiqamətində humanitar missiyaya hazırlıq məqsədilə atəşkəs rejimi tətbiq edib.

Oktyabrın 30-da keçirilən humanitar əməliyyat çərçivəsində şəhər sakinlərinə onlarla ton ərzaq, gigiyena vasitələri, generatorlar üçün yanacaq və digər zəruri ləvazimatlar çatdırılıb.

Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratovanın məlumatına görə, şəhəri tərk etmək istəyən sakinlərə həm Rusiyanın digər bölgələrinə, həm də Ukraynaya maneəsiz getmək imkanı yaradılıb.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Aleşkidə humanitar vəziyyətin kritik olduğunu bildirmişdi. Rusiya tərəfi şəhərə ərzaq və dərman çatdırılmasında ciddi çətinliklər yaşandığını açıqlamışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑