Dünya · Teleqraf

Bolqarıstanda prezident seçkiləri öncəsi sükut günü başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda prezident seçkiləri öncəsi sükut günü başlayıb xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Bolqarıstanda noyabrın 1-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində seçkiqabağı təşviqat kampaniyası başa çatıb və sükut günü başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

Prezidentliyə namizədlər İliyana Yotova və Andrey Gyurov seçki kampaniyasının başa çatmasına bir neçə saat qalmış televiziya vasitəsilə vətəndaşlara müraciət ediblər.

Gyurov Bolqarıstanın Avropada müstəqil mövqeyə malik olmasının və NATO daxilində etibarlı müttəfiq kimi çıxış etməsinin vacibliyini vurğulayıb.

“İstəyirəm ki, Bolqarıstan Avropada öz sözünü deyən, NATO-da etibarlı müttəfiq olan dövlətə çevrilsin. Avropa yolu ideologiya deyil, yüksək gəlirlər, daha çox investisiya və vətəndaşlarımızın qazanc əldə etdiyi vahid bazar deməkdir”, – o bildirib.

Yotova isə çıxışında ölkənin sabitliyinə və vətəndaşların rifahına diqqət çəkib.

“Bazar günü biz yalnız prezident seçmirik, həm də necə bir Bolqarıstanda yaşamaq istədiyimizə qərar veririk. Bolqarıstan istənilən partiyadan və siyasətçidən daha böyükdür. O, bizim ümumi evimizdir”, – namizəd vurğulayıb.

Yotova vətəndaşları səsvermədə fəal iştirak etməyə çağıraraq seçkidən imtinanın başqalarının onların əvəzinə qərar verməsinə şərait yaratdığını bildirib.

Seçkilərin ikinci turunda səsvermə noyabrın 1-də yerli vaxtla saat 07:00-da başlayacaq və 20:00-da başa çatacaq. İlkin nəticələrin həmin gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacağı gözlənilir.

Ölkədə təxminən 6,6 milyon vətəndaşın səsvermə hüququ var. İkinci turda qalib gəlmək üçün səsvermədə iştirak edən seçicilərin sadə səs çoxluğunu qazanmaq kifayətdir.

Yotovanın namizədliyini hakim “Mütərəqqi Bolqarıstan” partiyası və sosialistlər dəstəkləyirlər. Birinci turda üçüncü yeri tutan Kostadin Kostadinovun rəhbərlik etdiyi “Dirçəliş” partiyası isə tərəfdarlarını seçimlərində sərbəst buraxıb, lakin Gyurovu dəstəkləməyəcəyini açıqlayıb.

Gyurovun namizədliyinə isə müxalif siyasi birliklərin nümayəndələri, keçmiş prezidentlər, nazirlər və bir sıra ictimai xadimlər dəstək veriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑