İranın Lavan adasından 40 dəniz mili cənubda gəmi naməlum mərmi ilə vurulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, mərmi gəminin sol bortuna dəyib və nəticədə yanğın baş verib.
Məlumata görə, ekipaj üzvləri təhlükəsizdir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.





