BAKI, 30 oktyabr. TELEQRAF
Ukrayna raket və dronlarının Rusiyanın daha ucqar ərazilərinə çatmasını təmin etmək üçün çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.
Zelenski sentyabr-oktyabr aylarında uzaq hədəflərə zərbələrin nəticələri barədə hesabat aldığını bildirib və hərbçilərə dəqiqliklərinə görə təşəkkür edib.
"Şəhərlərimizə və icmalarımıza Rusiyanın hücumuna qarşı həmişə adekvat cavabımız var. Bu gün Yamaldan Qərbi Sibirə qədər olan xəttdəki Rusiya obyektləri dərin zərbələrimizin əhatə dairəsindədir və biz dronlarımızın və raketlərimizin daha ucqar Rusiya ərazilərinə çatmasını təmin etmək üçün çalışırıq", - deyə prezident qeyd edib.
Zelenski əlavə edib ki, genişmiqyaslı sanksiyaların tətbiqi üçün əsas sahələr müəyyən edilib:
"Ukraynanın uzaqmənzilli imkanları müharibə dövründə Ukraynanın müstəqilliyinin qorunmasının real təminatlarından biridir və sülhün bərqərar olmasından sonra da uzunmüddətli təhlükəsizliyin təminatlarından biri olacaq".





