Dünya · News24.az

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var xəbəri üçün şəkil

Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb.

News24.az Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb.

Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi yardım göstərildiyini bildirib. Lakin onlardan biri sonradan aldığı ağır yaralardan dünyasını dəyişib.

Daha bir hadisə cümə günü Həsəkə əyalətində baş verib, burada mina partlayışı zamanı 12 yaşlı oğlan həlak olub, 12 və 14 yaşlı daha iki uşaq isə yaralanıb.

Uşaqların qohumunun sözlərinə görə, mina onlar taxıl anbarlarının yaxınlığında oynayarkən partlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑