Dünya · Yeni Çağ

Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə etdilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə etdilər - Yeni Çağ xəbəri üçün şəkil

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı baş tutub, tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Qətər Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, onun inkişaf etdirilməsi yollarını, eləcə də regionda baş verən son hadisələri müzakirə ediblər.

Söhbət zamanı xüsusilə gərginliyin azaldılması, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində diplomatik səylər və birgə koordinasiya məsələlərinə diqqət yetirilib.

Qətərin Baş naziri və xarici işlər naziri gəmiçiliyin azadlığının təmin edilməsi və regionda davamlı sülhə nail olmağa imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması istiqamətində diplomatik səylərə ölkəsinin dəstəyini bir daha təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑