Dünya · Globalinfo.az

Türkiyədə saxta dərman əməliyyatı: 22 nəfər saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə saxta dərman əməliyyatı: 22 nəfər saxlanıldı xəbəri üçün şəkil

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək yenidən satışa çıxaran şəbəkəyə qarşı 11 bölgədə eyni vaxtda əməliyyat keçirilib.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Əməliyyat nəticəsində 22 nəfər saxlanılıb. Gizləndiyi bildirilən daha iki şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalar zamanı şəbəkənin üzvləri və onlarla əlaqəli şirkətlərin ümumi əməliyyat həcminin təxminən 650 milyon Türkiyə lirəsi olduğu müəyyənləşdirilib.

İstintaq materiallarına əsasən, şəbəkə üzvləri onkoloji xəstələrin həyatını təhlükəyə ataraq, istifadə müddəti başa çatmış dərmanların qablaşdırmasını dəyişdirib və onları həm Türkiyədə, həm də xarici ölkələrdə satışa çıxarıblar.

Araşdırma çərçivəsində üçü dövlət qulluqçusu olmaqla, ümumilikdə 24 şübhəlinin, dörd şirkətin və beş iş yerinin adı müəyyən edilib.

Cinayət yolu ilə əldə edildiyi ehtimal olunan daşınar və daşınmaz əmlaklara, eləcə də bank hesablarına həbs qoyulub.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑