XVIII əsrin dəbindən ilhamlanan donlar 2026-cı ilin payızında yenidən populyarlıq qazanıb.
Modern.az xəbər verir ki, xüsusilə, bel xətti yuxarıda yerləşən ampir siluetli geyimlər dəbə qayıdıb. Bu üsluba marağın artmasına ingilis yazıçısı Ceyn Ostinin “Hiss və həssaslıq” romanının yeni ekran versiyasının kinoteatrlarda nümayişi də təsir edib. Filmin baş qəhrəmanları Elinor və Marianne Deşvudun geyimləri Reqentlik dövrünün estetikasına diqqəti artırıb.
Dizaynerlər də bu üslubu payız-qış 2026/27 kolleksiyalarında yenidən təqdim ediblər. Genny brendi yüksək bel xəttini klassik palto modellərinə uyğunlaşdırıb. Dior isə geyimlərdə krujeva detallardan istifadə edərək çoxqatlı obrazlar yaradıb.
"Xayt" və "Gabriela Hearst" markaları isə axıcı ətəkləri və minimal dekorasiyası ilə seçilən zərif gecə donları təqdim ediblər.
Mütəxəssislər bildirirlər ki, tarixi üslubun müasir interpretasiyası bu cür geyimləri gündəlik obrazlarda da istifadə etməyə imkan verir. Onları dəri gödəkçələr və ya hündür platformalı ayaqqabılarla uyğunlaşdırmaq mümkündür.
Qeyd edək ki, oktyabr ayında Kaiia moda brendinin ekspertləri kral ailələrinin nümayəndələri arasında ən populyar gəlinlik modelini açıqlayıblar.






