Dünya · Azxeber.com

Fransada məhbusların sayı rekord həddə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada məhbusların sayı rekord həddə çatıb xəbəri üçün şəkil
Fransa həbsxanalarında məhbusların sayı 1 oktyabr 2026-cı il tarixinə 90,9 min nəfər təşkil edərək yenidən tarixi maksimuma çatıb.
AZXEBER.COM "Agence France-Presse"ə (AFP) istinadən xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyinin məlumatlarında bildirilib.
Bir il ərzində məhbusların sayı 7,2% artdığı halda, cəzaçəkmə müəssisələrindəki yerlərin sayı cəmi 1,5% artaraq 63 452 olub.
Fransa həbsxanalarının ümumi doluluq səviyyəsi 143,3%-ə çatıb. Bununla yanaşı, məhkəmə qərarını gözləyən şəxslərin, eləcə də qısa müddətə azadlıqdan məhrum edilənlərin saxlanıldığı müəssisələrdə bu göstərici 178% təşkil edib.
AFP-nin məlumatına görə, Fransa Ədliyyə Nazirliyi tikintisi daha ucuz başa gələn modul tipli həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Onların yarısı artıq tikinti mərhələsindədir. İlk belə müəssisənin payızın sonunadək ölkənin şimal-şərqindəki Trua şəhərində açılması planlaşdırılır.
Bununla belə, 2018-ci ildə qəbul edilmiş planla nəzərdə tutulan 15 min əlavə yerdən indiyədək yalnız 8 mini yaradılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransada məhbusların saxlanma şəraitini dəfələrlə tənqid edib. 2023-cü ilin iyulunda məhkəmə həbsxanaların xroniki olaraq həddindən artıq dolmasına, qənaətbəxş olmayan saxlanma şəraitinə və vəziyyətin düzəldilməsi üçün effektiv tədbirlərin olmamasına diqqət çəkib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑