Dünya · Azxeber.com

İranın İsraili hədəfə alan ballistik raketlərinin sayı açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın İsraili hədəfə alan ballistik raketlərinin sayı açıqlandı xəbəri üçün şəkil
Təhlükəsizlik qurumlarındakı mənbələrin 12-ci kanala verdiyi məlumata görə, "Şir nərəsi” əməliyyatından sonra İran raket arsenalını artırsa da, ballistik raketlərin sənaye miqyaslı istehsalını bərpa edə bilməyib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, mənbələrin qiymətləndirməsinə əsasən, İran İsrail ərazisinə çata bilən təxminən 1700 ballistik raketə malikdir.
Bildirilib ki, əməliyyatdan sonra Tehran daha bir neçə onlarla ballistik raket istehsal etməyə nail olub, lakin onların kütləvi istehsalını hələ bərpa edə bilməyib.
Məlumatda həmçinin qeyd olunur ki, İranın arsenalında minlərlə qısa mənzilli raket və təxminən 80 min pilotsuz uçuş aparatı var. Bu rəqəmlər yalnız İsrailə çata bilən silahları deyil, ölkənin ümumi arsenalını əhatə edir.
Ballistik raketlərin sənaye istehsalının bərpa olunmaması o deməkdir ki, hazırkı ehtiyatlar yalnız kiçik partiyalarla, onlarla ədəd artırılır. Bu vəziyyət İranın mümkün yeni eskalasiya zamanı İsrailə neçə zərbə endirə biləcəyinə, eləcə də münaqişədən sonra arsenalını nə qədər müddətə bərpa edəcəyinə təsir göstərir.
Qeyd edək ki, daha əvvəl İsrailin İranla genişmiqyaslı münaqişəyə hazırlaşdığı və qarşıdurmanın bir neçə cəbhədə davam edə biləcəyi barədə məlumat yayılmışdı. Tehran İsrailə qarşı zərbələr üçün bir neçə istiqamətdən istifadə edə bilər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑