Dünya · Azxeber.com

İranın Qeşm adasında partlayış səsləri eşidilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın Qeşm adasında partlayış səsləri eşidilib xəbəri üçün şəkil
İranın Qeşm adasında partylayış səsləri eşidilib, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus 2 kəşfiyyat dronunun ələ keçirildiyini, bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Qeşm adasında bir neçə partlayış səsi eşidilib. Henqam və Bəndər-Abbas sakinləri də bu partlayışların səsini eşidiblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, partlayışların səbəbi hələ bəlli deyil və əlavə məlumatlar daha sonra açıqlanacaq:
"Bir saat əvvəl SEPAH ABŞ-yə məxsus 2 kəşfiyyat PUA-sının ələ keçirilməsi və digər bir dronun məhv edilməsi barədə məlumat verib".
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑