Dünya · Azxeber.com

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib xəbəri üçün şəkil
ABŞ və İran arasında münaqişənin başa çatdırılması ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunub.
AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.
Onun sözlərinə görə, tərəflər arasında bir sıra müsbət məsləhətləşmələr aparılıb və danışıqların davam etdirilməsi nəzərdə tutulur. Vens ABŞ Prezidenti Donald Trampın da diplomatik həll perspektivlərinə nikbin yanaşdığını qeyd edib.
Bununla yanaşı, Vitse-prezident İran tərəfinin mövqeyinin bəzən gözlənilməz olduğunu vurğulayıb və Tehrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalının istisna edilmədiyini bildirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑