Dünya · Azxeber.com

SEPAH iki ABŞ PUA-sının ələ keçirildiyini, birinin isə vurulduğunu açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH iki ABŞ PUA-sının ələ keçirildiyini, birinin isə vurulduğunu açıqlayıb xəbəri üçün şəkil
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus iki MQM-170 tipli kəşfiyyat PUA-sının Qəşm adasının cənubunda ələ keçirildiyini açıqlayıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, "Mehr” agentliyinin məlumatına görə, dronlar SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemləri vasitəsilə sıradan çıxarılaraq ələ keçirilib.
Bildirilib ki, bu iki aparatın ələ keçirilməsi ilə SEPAH-ın nəzarətinə keçən MQM-170 tipli ABŞ dronlarının sayı dördə çatıb.
SEPAH ABŞ-a məxsus daha bir MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, dron Hörmüz boğazının şərqində vurulub.
SEPAH vurulan MQ-9 tipli dronların ümumi sayının 55-ə çatdığını iddia edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑