Rusiyanın Yekaterinburq şəhərindən olan və lotereyada 15 milyon rubl (təxminən 316 min manat) qazanan şəxs qələbədən sonra həyatının necə dəyişdiyini açıqlayıb.
AZXEBER.COM yerli mediaya istinadla xəbər verir ki, Yevgeni adlı şanslı şəxs Yeni il tətilindən sonra "Super 8” onlayn lotereyasının biletini alaraq böyük məbləğin sahibi olub.
O, uduş xəbərini telefonuna gələn bildirişlərdən öyrənib və şoka düşüb. Həmin vaxt dönər yeyirmiş və az qala boğulacaqmış.
Məlumata görə, Yevgeni artıq pulun bir hissəsini ev tikintisinə və yaxınlarına hədiyyələr almağa xərcləyib.
Bununla belə, o, əvvəlki marağından da əl çəkməyib və lotereya biletləri almağa davam edir. Yevgeni gələcəkdə yenidən 15 milyon rubl, hətta daha böyük məbləğ qazanacağına ümid edir.






