Dünya · Globalinfo.az

Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi xəbəri üçün şəkil

Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar həyata keçirildikdən sonra Böyük Britaniyada pərakəndə satış şəbəkələrinə xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket hakerlərin hücumuna məruz qalıb. Bir neçə həftə əvvəl Fransada da yüzlərlə ərzaq mağazasında oxşar hadisələr qeydə alınıb.

Hakerlər soyuducu sistemlərinə məsafədən müdaxilə edərək bəzi hallarda temperaturu 80 dərəcəyədək yüksəldiblər. Bu səbəbdən böyük həcmdə ərzaq məhsulları yararsız hala düşüb.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi mümkün hücumların qarşısını almaq məqsədilə pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etdiyini bildirib.

Hökumət isə fövqəladə vəziyyətlərə hazırlıq çərçivəsində vətəndaşlara ən azı üç günlük ərzaq və digər zəruri ehtiyat toplamağı tövsiyə edir.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑