Dünya · Globalinfo.az

Livanın paytaxtında güclü partlayış baş verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Livanın paytaxtında güclü partlayış baş verdi xəbəri üçün şəkil

Livanın paytaxtı Beyrutun şərqində yerləşən anbarda pirotexniki vasitələrin partlaması nəticəsində yanğın baş verib.

Globalinfo.az APA-ya xəbər verir ki, hadisə paytaxtın şərqindəki Metn rayonunun Curət əl-Bəlut qəsəbəsində qeydə alınıb.

Belə ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən fişəng və pirotexniki vasitələr anbarında baş verib. Yanğın nəticəsində binanın bir neçə mənzilinin eyvanına da alov keçib.

Livan Mülki Müdafiə Xidmətinin əməkdaşları yanğını nəzarətə götürüblər. Alovun yenidən yayılmasının qarşısını almaq üçün soyutma işləri davam etdirilib.

Hadisə nəticəsində xəsarət alanlar və dəymiş ziyanın miqyası barədə məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑