Türkiyəli məşhur milyarder, "Zorlu Holding”in qurucusu və fəxri sədri, Türkiyə iş dünyasının tanınmış simalarından biri olan Ahmet Nazif Zorlu 82 yaşında vəfat edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Zorlu” Holding başda olmaqla, Türkiyə iqtisadiyyatına və sənayesinə mühüm töhfələr verən Ahmet Nazif Zorlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
O İstanbulda dəfn ediləcək.




