Dünya · Yeni Çağ

Onlar Rusiyaya görə birgə foto çəkdirməkdən imtina etdilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onlar Rusiyaya görə birgə foto çəkdirməkdən imtina etdilər - Yeni Çağ xəbəri üçün şəkil

Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri, Rusiya nümayəndəsi ilə birgə fotoşəkil çəkdirməyə qarşı çıxan Avropa diplomatlarının etirazlarından sonra Atlantadakı görüşə ənənəvi birgə fotoşəkil çəkdirmədən başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Birgə fotoşəkil ABŞ Dövlət Departamentinin dərc etdiyi görüş proqramında nəzərdə tutulmayıb. Nazirlər, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərhal ilk iclasa başlayıblar.

“Heç bir halda Avropa tərəfdaşlarının və cənab Lavrovun birgə fotoşəkli olmayacaq, çünki… Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz”, – Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

Daha əvvəl Avropa rəsmiləri iki ayrı fotosessiyanın keçirilməsini nəzərdən keçirirdilər: Lavrovun iştirakı ilə və onsuz.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑