Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Zelenskinin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcəyini açıqlayıb.
İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Ukrayna ikitərəfli əməkdaşlığının inkişafı istiqamətində atıla biləcək addımlar müzakirə olunacaq.
Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdəki təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.




