Dünya · Yeni Çağ

Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edildi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edildi - Yeni Çağ xəbəri üçün şəkil

Fransanın Marsel şəhərində bütün nümayişlər qadağan edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Bundan əlavə, şəhərdə şənbə günündən bazar gününə və bazar günündən bazar ertəsinə keçən gecələr yerli vaxtla saat 23:00-dan 05:00-dək komendant saatı tətbiq ediləcək. Oktyabrın 24-də qoruyucu vasitələrin və yanacağın daşınması da qadağan olunacaq.

Fransanın Havr, Lion və Nitsa şəhərlərində də nümayişlərə qadağa qoyulub. Parisdə isə yalnız marşrutu əvvəlcədən razılaşdırılmış həmkarlar ittifaqlarının aksiyasına icazə verilib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən nümayişlər bir sıra şəhərlərdə iğtişaşlara və polislə toqquşmalara çevrilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑