Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ədliyyə naziri Jerald Darmanen deyib. "Şənbə günündən bəri 2700 nəfər saxlanılıb, onlardan 217-si barəsində isə həbs qətimkan tədbiri seçilib", - nazir bildirib.
O qeyd edib ki, həbs olunanların yarısının əvvəllər heç bir məhkumluğu olmayıb.
Mətləb



