Dünya · Milli.az

Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında şəxsi ədavətin olmadığını və Vaşinqtonla münasibətlərdəki gərginliyin şəxsi məsələlərlə bağlı olmadığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Zelenski bunu oktyabrın 22-də Kiyevdə keçirilən mətbuat konfransında deyib.

"ABŞ-la münasibətlərdəki gərginlik Trampla şəxsi münasibətlərimizlə bağlı deyil. Söhbət Rusiyaya qarşı sanksiyaların ləğvindən gedir ki, bu da Vladimir Putini gücləndirə bilər. Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Bu, mənimlə Prezident Tramp arasında şəxsi məsələ deyil. Təbii ki, sanksiyaların hər hansı formada ləğvinə qarşıyam", - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin bu həftənin cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan Rusiyada apardığı danışıqlar barədə məlumat gözlədiyini açıqlayıb:

"Sabah Uitkoffla birgə brifinq keçiriləcək. Düşünürəm ki, komandalarımızın amerikalı və avropalı tərəfdaşlarla yaxşı məsləhətləşmələri olacaq".

Brifinq zamanı Uitkofun Rusiyada apardığı danışıqların nəticələri barədə Ukrayna tərəfinə məlumat verəcəyi gözlənilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑