ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən diplomatik heyətinin və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin Səudiyyə Ərəbistanından çıxarılması barədə qərar verib.
Yenicag.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-dən etibarən kritik vəzifələrdə çalışmayan ABŞ hökuməti əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırılıb.
Dövlət Departamenti qərarı İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları və təhlükəsizlik risklərinin artması ilə əsaslandırıb.
Qurum ABŞ vətəndaşlarını hava limanlarına mümkün hücumlar, hava məkanının bağlanması və uçuşların ləğvi ilə bağlı ehtiyatlı olmağa çağırıb.
