Dünya · Globalinfo.az

Tramp bu ölkənin prezidentini tanımaqdan imtina etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp bu ölkənin prezidentini tanımaqdan imtina etdi xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın Flavio Bolsonarunu Braziliyanın prezidenti kimi tanımaqdan imtina etdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, “Reuters”in mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev rəhbəri Braziliyada prezident seçkilərində məğlub olan siyasətçinin siyasi ambisiyalarını dəstəkləmək məsələsində tərəddüd edir.

Bununla belə, Trampın Bolsonarunun ABŞ-a getməsinə kömək etdiyi qeyd olunur.

Mənbələr bildiriblər ki, ABŞ prezidenti gələcəkdə mövqeyini dəyişə bilər.

Qeyd edək ki, Bolsonaro daha əvvəl özünü Braziliyanın seçilmiş prezidenti elan etmişdi.

O, xaricdən Braziliya müxalifətinə rəhbərlik etmək niyyətində olduğunu açıqlamış və seçkilərin saxtalaşdırıldığı barədə iddialarını yenidən səsləndirmişdi.

Tahir Turan

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑