Dünya · Globalinfo.az

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq xəbəri üçün şəkil

ABŞ hakimiyyəti Ukraynaya “Patriot PAC-3” zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib.

Globalinfo.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışına cavabdeh olan müvafiq qurumu məlumat yayıb.

Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Tədarükə PAC-3 raketləri üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, eləcə də digər maddi-texniki təminat və proqram təminatı elementləri daxil olacaq.

Vaşinqtonun qiymətləndirməsinə görə, bu saziş Avropada siyasi və iqtisadi sabitlik amili olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.

ABŞ hakimiyyətinin məlumatına görə, Ukrayna raketlərin dəyərini Kanada, Almaniya və Norveçin ayırdığı vəsaitlər, həmçinin Avropa İttifaqının krediti hesabına ödəyəcək. Sənəddə xüsusi olaraq qeyd olunub ki, sövdələşmədə ABŞ-ın maliyyə vəsaitlərindən istifadə edilməyəcək.

Bildirilib ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava hücumundan və raket hücumlarından müdafiə imkanlarını gücləndirərək mövcud və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini artıracaq.

Raketlərin tədarükünü Pentaqonun əsas podratçılarından biri olan “Lockheed Martin” şirkəti həyata keçirəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, sazişin icrası üçün Ukraynaya ABŞ hökumətinin və ya podratçı şirkətin əlavə nümayəndələrinin göndərilməsinə ehtiyac olmayacaq. Sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına da mənfi təsir göstərməyəcək.

ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑