İdman · Yeni Çağ

Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb - Yeni Çağ xəbəri üçün şəkil

 

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

Yenicag.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.

Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki “Qoffert” stadionunda təşkil olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑