İdman · AZƏRTAC

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib xəbəri üçün şəkil

Bakı, 13 oktyabr,

Şotlandiyada 45 illik fasilədən sonra azarkeşlərə stadionlarında öz yerlərində alkoqollu içkilər qəbul etməyə icazə verilib.

AZƏRTAC xəbər verir ki, yeni qayda bu gün dünya çempionatının pley-off mərhələsi çərçivəsində “Sent-Mirren Park” stadionunda Şotlandiya və Çexiya qadın milli komandaları arasında keçiriləcək cavab oyununda sınaqdan keçiriləcək.

Şotlandiya Futbol Assosiasiyasının məlumatına görə, təşəbbüs alkoqol satışına nəzarətin azarkeşlər üçün daha təhlükəsiz və əyləncəli atmosfer yaradıb-yaratmayacağını müəyyənləşdirmək məqsədi daşıyır.

Ölkədə stadionlarda alkoqol qəbulu 1980-ci ildə Şotlandiya Kubokunun finalında “Reyncers” və “Seltik” klublarının azarkeşləri arasında baş verən iğtişaşlardan sonra qadağan edilib. Həmin hadisələr zamanı polis 200-dən çox şəxsi saxlayıb. İğtişaşların səbəblərindən biri kimi həddindən artıq alkoqol qəbulu göstərilib.

Son illərdə bəzi məhdudiyyətlər yumşaldılıb. Bir sıra klublar stadionlardan kənarda azarkeş zonalarında alkoqol satışını sınaqdan keçiriblər. Yeni təşəbbüs isə 1981-ci ildən bəri ilk dəfə azarkeşlərə peşəkar futbol matçı zamanı stadiondakı yerlərində alkoqollu içki qəbul etməyə imkan verəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑