Dünya · Xəzər Xəbər

Zelenski Rusiyadakı neft emalı zavodlarına zərbələr endirildiyini təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Rusiyadakı neft emalı zavodlarına zərbələr endirildiyini təsdiqləyib xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada yerləşən neft emalı zavodlarına və məlumat mərkəzinə endirilən zərbələr barədə açıqlama verib.

Xezerxeber.az xəbər verir ki, “Telegram” kanalında bu barədə paylaşım edən Zelenskinin sözlərinə görə, Rusiyanın məlumat mərkəzlərinə hücumlarına cavab olaraq Ukrayna da qarşı tərəfin analoji obyektlərini hədəfə alıb.

“Biz həmişə eyni şəkildə cavab veririk. Hamınız bilirsiniz ki, onlar bizim məlumat mərkəzlərimizə zərbələr endiriblər və bunu davam etdirirlər. Buna görə də biz də cavab verdik”, – Zelenski bildirib.

O qeyd edib ki, Uxta şəhərindəki neft emalı zavoduna Ukrayna dövlət sərhədindən təxminən 1 900 kilometr məsafədə zərbə endirilib. Zelenskinin sözlərinə görə, bu hücumda təxminən 2 500 kilometr məsafə qət edə bilən “An-196 RS” dronlarından istifadə olunub.

Ukrayna Prezidenti bildirib ki, bir gün əvvəl Omsk neft emalı zavoduna hücum zamanı isə FP-1 dronlarının modifikasiya edilmiş FP-6 versiyasından istifadə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑