Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional əməkdaşlıq və digər beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıblar.





