Dünya · Azxeber.com

Hitler Mussolini mer olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hitler Mussolini mer olacaq xəbəri üçün şəkil
Peruda Hitler Mussolini Flores adlı namizəd Keropalka adlı kiçik şəhərin mer seçkilərində səslərin 34,54%-ni qazanıb.
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, siyasətçi 20-ci əsrin iki diktatorunun adını daşıyır.
Hitler Mussolini Flores korrupsiyaya qarşı mübarizəni və səhiyyə xidmətlərinə universal çıxışı təşviq edən solçu "Ahora Nación" partiyasından namizədliyini irəli sürüb. Medianın məlumatına görə, o, qeyri-adi adını doğulduğu zaman valideynlərindən alıb.
Oxşar hallar Peruda əvvəllər də baş verib. 2018-ci ildə Hitler Alba adlı namizəd kiçik Yunqar şəhərinin mer seçkilərində qalib gəlib. Kampaniya zamanı o, "Mən yaxşı Hitlerəm" şüarından istifadə edib.
O dövrdə onun rəqibləri arasında Lennin adlı namizəd də var idi. Alba özü izah edib ki, valideynləri ona Hitler adını nasist diktatorunun tarixindən xəbərsiz olduqları üçün veriblər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑