Dünya · Trend.az

MDB 2028-ci ili Sosial İnkişaf, 2029-cu ili isə Nəqliyyat Bağlantıları İli elan edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
MDB 2028-ci ili Sosial İnkişaf, 2029-cu ili isə Nəqliyyat Bağlantıları İli elan edib xəbəri üçün şəkil

Bakı.Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) 2028-ci ili Sosial İnkişaf və Həyat Keyfiyyəti İli, 2029-cu ili isə MDB-də Nəqliyyat Bağlantıları İli elan edib.

Bu barədə MDB İcraiyyə Komitəsinin yaydığı press-relizdə bildirilib.

Müvafiq qərarlar bu gün Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.

Məlumata görə, 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi təşəbbüsü Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi tərəfindən irəli sürülüb və MDB iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası tərəfindən dəstəklənib.

2028-ci ildə sosial-əmək sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, əhaliyə sosial dəstək sahəsində qabaqcıl təcrübənin yayılması, həmçinin hüquqi, sosial-iqtisadi və demoqrafik siyasət məsələlərinə dair beynəlxalq forumların keçirilməsi planlaşdırılır.

2029-cu ilin MDB-də Nəqliyyat Bağlantıları İli elan edilməsi təşəbbüsü isə Türkmənistan tərəfindən irəli sürülüb. Bu təşəbbüs ölkənin 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində müəyyənləşdirdiyi prioritetlərin davamıdır.

Təşəbbüs nəqliyyat infrastrukturunun inkişafını, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanın gücləndirilməsini, sektorun rəqəmsallaşdırılmasını və daşımaların təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. Bildirilib ki, bu tədbirlər iqtisadi inteqrasiyanın gücləndirilməsinə, xarici ticarət əlaqələrinin genişləndirilməsinə və regionun dayanıqlı inkişafına xidmət edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑