Kanada, Danimarka, Almaniya, Fransa, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniyanın xarici işlər nazirləri ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarına etiraz ediblər.
Bizim.Media xəbər verir ki, nazirlər birgə bəyanat yayaraq məhkəmənin müstəqilliyinə, qərəzsizliyinə və bütövlüyünə dəyişməz dəstəklərini təsdiqləyiblər.
Bəyanatda ABŞ-nin sanksiyalar tətbiq etmək niyyətindən təəssüf ifadə olunub və bu qərarla qəti razılaşmadıqları bildirilib.
Xarici işlər nazirləri məhkəmənin fəaliyyətinin fasiləsiz davam etdirilməsinə yönələn səyləri dəstəklədiklərini vurğulayıblar. Onların fikrincə, sanksiyalar BCM-nin fəaliyyətinə, əməkdaşlarına və onların ailə üzvlərinə ciddi təsir göstərə bilər.
Nazirlər məhkəməyə dəstək məsələsində birliyi qorumaq və Roma Statutuna üzv olmayan dövlətlərlə konstruktiv, əhatəli dialoqu davam etdirmək niyyətlərini də bəyan ediblər.
Qeyd edək ki, 2002-ci ildə yaradılan Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı ilə bağlı işlərə baxır. Məhkəməyə Avropa İttifaqının bütün ölkələri və NATO üzvlərinin əksəriyyəti də daxil olmaqla, 125 dövlət daxildir. ABŞ isə məhkəməni təsis edən Roma Statutunun iştirakçısı deyil.
Bizim.Media
Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





