Tailandın Pattayya şəhərində türkiyəli iş adamının evinə silahlı basqın edilib.
Publika.az xəbər verir ki, soyğunçular 820 min dollar dəyərində kriptovalyuta, nağd pul və üç dəbdəbəli “Rolex” saatı oğurlayıblar.
“Pattaya Mail”in məlumatına görə, hadisə oktyabrın 6-da baş verib. Silahlı şəxslər iş adamını hədələyərək onu kriptovalyutanı öz hesablarından köçürməyə məcbur ediblər. Ümumi zərərin 30 milyon Tailand batı olduğu bildirilir.
Polis hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş “Toyota Fortuner” avtomobili aşkarlayıb.
Soyğunçuluqda şübhəli bilinən üç nəfərin axtarışı davam edir.




