Dünya · Teleqraf

Aİ növbəti iki il ərzində Ermənistandan gələn mallar üçün xüsusi şərtlər tətbiq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ növbəti iki il ərzində Ermənistandan gələn mallar üçün xüsusi şərtlər tətbiq edib xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

Avropa İttifaqı Ermənistana müvəqqəti ticarət güzəştləri verib.

Teleqraf xəbər verir ki, həmin güzəştlər 10 oktyabrda qüvvəyə minəcək və iki il müddətində qüvvədə qalacaq.

Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, müvafiq qanunvericilik aktı Avropa Parlamentinin sədri Roberta Metsola və İrlandiyanın Avropa məsələləri və müdafiə naziri Tomas Birn tərəfindən imzalanıb.

Bu güzəştlər Ermənistanın Aİ-yə ixracının təxminən 80%-nə təsir göstərəcək. Paketə təzə meyvə, tərəvəz, çiçək, spirtli məhsullar da daxildir. Ümumilikdə güzəşt Ermənistanın içki ixracının 91%-dən çoxunu əhatə edir. Güzəştlər həmçinin emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı daxil olmaqla, 300-dən çox məhsul kateqoriyasına şamil edilir.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑