Dünya · Editor.az

Fransada təhsil etirazları ilə bağlı şok rəqəmlər: 6 877 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada təhsil etirazları ilə bağlı şok rəqəmlər: 6 877 nəfər saxlanılıb xəbəri üçün şəkil

Fransada daha yaxşı təhsil şəraiti tələbi ilə keçirilən lisey şagirdlərinin etiraz aksiyaları zamanı minlərlə insan saxlanılıb, onlarla şəxs barəsində isə həbs qərarı verilib.

Editor.az xəbər verir ki, bu barədə Fransanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin açıqlamasına əsasən, etirazların başladığı vaxtdan indiyədək ümumilikdə 6 877 nəfər saxlanılıb. Saxlanılanların 86 faizinin yetkinlik yaşına çatmayanlar olduğu qeyd edilib.

Saxlanılan şəxslərdən 2 376-sı barəsində hüquqi prosedurlara başlanılıb, onların 1 547-si hakim qarşısına çıxarılıb. Yetkinlik yaşına çatmayan altı nəfər də daxil olmaqla, ümumilikdə 21 nəfər həbs edilib.

Bundan başqa, 1 897 nəfərə ictimai yerlərə girişin məhdudlaşdırılması və ödənişsiz ictimai işlərə cəlb olunma kimi müxtəlif tədbirlər tətbiq edilib. Digər saxlanılan şəxslərin sonrakı vəziyyəti barədə əlavə məlumat verilməyib.

Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə aksiyalar sentyabrın 17-də başlayıb. Cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazanan etirazlar qısa müddətdə ölkənin bir sıra şəhərlərinə yayılıb.

Məlumata görə, aksiyalar zamanı 1 000-dən çox insan xəsarət alıb. Həmçinin polis zorakılığı ilə bağlı ən azı 21 araşdırmaya başlanılıb.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑