Dünya · Bizim.Media

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi xəbəri üçün şəkil

Çinin şərqində aparılan geoloji kəşfiyyat işləri zamanı yerin altında nəhəng mis və qızıl yatağı aşkarlanıb. Bir qazma quyusunda 1 371 metr boyunca faydalı qazıntılarla zəngin süxur təbəqəsi müəyyən edilib. Yatağın daha nə qədər dərinliyə uzandığı isə hələ məlum deyil.

Bizim.Media xəbər verir ki, kəşf Çinin Anhui əyalətinin Çatinq bölgəsində aparılan araşdırmalar zamanı üzə çıxıb. Çin Təbii Sərvətlər Nazirliyi və Çin Geoloji Tədqiqatlar İdarəsinin məlumatına görə, əsas mədən kütləsinin uzunluğu təxminən 1,2 kilometr, eni isə 1,1 kilometrdir.

Aparılan qazıntılar zamanı quyulardan birində 1 371 metr boyunca mis və qızıl tərkibli minerallaşmış süxurlar aşkarlanıb.

İlkin hesablamalara əsasən, ərazidəki mis ehtiyatının bir neçə böyük mis mədəni, qızıl ehtiyatının isə 10-dan çox böyük qızıl mədəni miqyasına çata biləcəyi bildirilir. Ərazidə gümüş və kükürd kimi digər komponentlərə də rast gəlinib.
 

Kəşfiyyat işlərinin miqyası da diqqət çəkib. Mütəxəssislər cəmi dörd ay ərzində 71 qazma quyusu açıb və ümumilikdə 98 min metrdən çox qazma həyata keçiriblər. Ən dərin quyu 2 083 metrə qədər çatıb. Lakin buna baxmayaraq, mütəxəssislər yatağın dərinlikdəki sərhədinə hələ çatmayıblar.


Bu səbəbdən araşdırmaların daha da dərinləşdirilməsi qərara alınıb. Növbəti mərhələdə 3 min metr dərinliyə qədər yeni elmi qazma işlərinin aparılması planlaşdırılır. Məqsəd mis və qızıl yatağının yerin altında daha nə qədər davam etdiyini müəyyənləşdirməkdir.

Çatinq bölgəsindəki kəşfiyyat işləri əslində 2008-ci ildə başlayıb.

Ərazidə aparılan araşdırmalardan sonra mədən axtarışı hüququ 2025-ci ildə hərraca çıxarılıb və Tibet Yulong Copper şirkəti tərəfindən 8,6 milyard yuan qarşılığında əldə edilib.

Çinli rəsmilər araşdırmalar tamamlandıqdan sonra Çatinq bölgəsinin ölkənin şərqindəki ən böyük mis və qızıl hasilatı mərkəzlərindən birinə çevrilə biləcəyini bildirirlər. (Musavat.com)

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑