Dünya · Xəzər Xəbər

Vitkof və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vitkof və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkof və onun kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropanın mövqeyini dəqiqləşdirmək üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, amerikalı nümayəndələr Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim ediləcək yeni birgə təkliflə bağlı razılığa gəlib-gəlmədiyini müəyyənləşdirmək istəyirlər.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ, Ukrayna, bir sıra Avropa ölkələri, Avropa Komissiyası və NATO nümayəndələrinin iştirakı ilə Mayamidə danışıqlar keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑