Dünya · Ədalət

Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı xəbəri üçün şəkil

Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin sözçüsü Karolina Qaletska bildirib ki, polis Polşanın Baş naziri Donald Tuska və Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamışa mümkün hücum barədə məlumat alıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Qaletska təhlükəsizlik qüvvələrinə tədbir görmək tapşırığının verildiyini vurğulayıb. 

Hökumət sözçüsü Adam Şlapka məsələnin ciddi olduğunu və Baş nazir Tuska təhlükə barədə yerli vaxtla səhər saat 7:00 radələrində məlumat verildiyini bildirib.

Şlapka Tuskun paytaxt Varşavada olduğunu və rəsmi vəzifələrini yerinə yetirdiyini bildirib və əlavə edib ki, təhlükəsizlik qüvvələri məsələ ilə bağlı araşdırmalarını davam etdirir.

Tusk isə sosial media paylaşımında sui-qəsd təhdidi edən şəxsin saxlanıldığını bildirib və polis əməkdaşlarına çevik və qətiyyətli reaksiyalarına görə təşəkkür edib.

Polşa mediası Tusk və Kosiniak-Kamışa qarşı təhdidin elektron poçt vasitəsilə göndərildiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑