Dünya · Trend.az

Yəməndə 900-dən çox husi döyüşçüsü zərərsizləşdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yəməndə 900-dən çox husi döyüşçüsü zərərsizləşdirilib xəbəri üçün şəkil

Bakı.Trend:

Yəmən Silahlı Qüvvələri husilərə qarşı “Yəmən şəfəqi” əməliyyatı çərçivəsində 1 732 hədəfə zərbə endirib.

"Haber7"-nin xəbərinə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili əməliyyatlar nəticəsində 900-dən çox husinin zərərsizləşdirildiyini, 287-dən çox hərbi nəqliyyat vasitəsinin isə məhv edildiyini və ya istifadəyə yararsız hala salındığını bildirib.

Onun sözlərinə görə, döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəşi sistemləri vasitəsilə husilərin istehkamları, komanda-idarəetmə mərkəzləri, müşahidə məntəqələri və sursat anbarları vurulub. Hücumlar nəticəsində husilərin təchizat xətlərinin kəsildiyi və komanda-idarəetmə sistemlərinin fəaliyyətinin pozulduğu bildirilib.

Ən-Nezili hərbi əməliyyatların plana uyğun davam edəcəyini qeyd edib. Əməliyyatların keçirildiyi ərazilər və vaxt barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəmən hökumətinə dəstək məqsədilə ölkəyə hərbi müdaxilə edib. 2022-ci ilin aprelində əldə olunan atəşkəs ölkədə nisbi sakitlik yaradıb. Bununla belə, iyul ayından etibarən döyüşlər yenidən şiddətlənib, sentyabrda isə husilər Hodeyda və Taiz vilayətlərində bir sıra strateji ərazilərə, o cümlədən Əl-Maxa şəhərinə nəzarəti ələ keçiriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑