Dünya · Sfera.az

Aİ Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcək xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksinə, xüsusilə raket istehsalına qarşı yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.


Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.


Nəşrin məlumatına görə, nəzərdə tutulan məhdudlaşdırıcı tədbirlər üç il müddətində qüvvədə qala bilər.
Mənbələrin bildirdiyinə görə, oktyabrın 12-də Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə rusiyalı turistlər və keçmiş hərbçilər üçün viza məhdudiyyətləri, eləcə də Rusiya diplomatlarının İttifaq ərazisində hərəkət imkanlarının məhdudlaşdırılması məsələləri də müzakirə olunacaq.


Bundan əlavə, Aİ hakimiyyətinin yeni sanksiyalar paketinə təxminən 1600 fiziki və hüquqi şəxsi daxil etməyi planlaşdırdığı bildirilib.


Xatırladaq ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı yeni sanksiyalar paketinin oktyabrın 12-də təsdiqlənəcəyini açıqlayıb.


Moskva isə Qərbin birtərəfli sanksiyalarını dəfələrlə qanunsuz və təsirsiz adlandırıb.

Bəsti Rəfizadə
Sfera.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑