Dünya · Anews.az

Moskva Trampın enerji atəşkəsini hələ qəbul etməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskva Trampın enerji atəşkəsini hələ qəbul etməyib xəbəri üçün şəkil

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə elan etdiyi enerji atəşkəsi təklifinə hələlik rəsmi razılıq verməyib.

Ağ Evdəki mənbələrin məlumatına görə, Moskva təşəbbüsü nəzərdən keçirir; ilkin mərhələdə neft emalı zavodlarına qarşılıqlı zərbələrin dayandırılması, uğurlu olacağı təqdirdə isə razılaşmanın elektrik stansiyalarına və enerji şəbəkələrinə şamil edilməsi planlaşdırılır.

Ukrayna tərəfi "NEZ əvəzinə NEZ" formulunun qeyri-bərabər olduğunu bildirərək enerji sisteminə hücumların dayandırılmasını tələb edir. Tramp oktyabrın 11-də tərəflərin razılaşdığını bəyan etsə də, Vladimir Zelenski əvvəlcə bundan xəbərsiz olduğunu demiş, lakin sonradan Ukrayna Silahlı Qüvvələrinə Rusiya energetika obyektlərinə zərbələri dayandırmaq əmri verərək Moskvanı da analoji addım atmağa və deeskalasiyaya çağırmışdır.

N. Təbrizli

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑