Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunda qeydə alınıb.
Sərnişin avtobusu ilə TIR-ın toqquşması nəticəsində ölən və yaralananların olduğu barədə məlumat daxil olduqdan sonra hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, yanğınsöndürən və polis əməkdaşı cəlb olunub.
İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb, 27 nəfər yaralanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Türkiyədə dəhşətli qəza: azı 11 nəfər ölüb, 27-si yaralanıb

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




