Dünya · Xəzər Xəbər

Rusiyada "Yandex" məlumat mərkəzi fəaliyyətini dayandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada "Yandex" məlumat mərkəzi fəaliyyətini dayandırıb xəbəri üçün şəkil

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Yandex Cloud" teleqram kanalında bildirib.

Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər.

Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun sabitliyinə zəmanət verilmir.

Məlumat mərkəzinin işini nə vaxt tam bərpa edəcəyi hələ məlum deyil.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑