Dünya · Ölkə.az

Aİ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı müzakirə ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı müzakirə ediləcək xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya xidmətinin rəhbəri Kaya Kallas "X" sosial şəbəkə hesabında paylaşım edib.

K.Kallas qeyd edib:

"Aİ-nin xarici işlər nazirləri birinci günü Səudiyyə Ərəbistanı ətrafında gərginliyin artmasını müzakirə edəcəklər. Aİ-nin Qırmızı dənizdəki "Aspides" dəniz missiyası ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya arasında koordinasiyanın gücləndirilməsi həlledici əhəmiyyət kəsb edir".

Aİ rəsmisi Ər-Riyad hava limanına edilən zərbəni "terror aktı" adlandırıb və Səudiyyə Ərəbistanına başsağlığı verib.

Oxşar bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də çıxış edib. O, mülki hava limanına zərbə endirilməsinin gərginliyi artırdığını və qlobal nəqliyyat qovşağını sabitlikdən çıxardığını, bunun fəsadlarının bütün dünyada hiss olunduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑