Ölkə.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) məlumat yayıb.
Məlumata görə, həlak olan 109 nəfərdən 15-i uşaqdır. İtməyə düşən 116-dan çox şəxsin axtarışları davam edir. Fəlakət zamanı 80-dən çox insanı xilas etmək mümkün olub, onların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.
Qurumdan əlavə olunub ki, gəmi Cibutidən Yəmənə doğru hərəkət edərkən Obok şəhərindən şimalda, Quhere yaxınlığında aşıb.
Qeyd edək ki, hər il Somali yarımadasından on minlərlə miqrant təhlükəsizlik, sabitlik və Körfəz ölkələrində iş tapmaq ümidi ilə Cibuti üzərindən Bab əl-Məndəb boğazını keçərək Yəmənə üz tutur.(teleqraf)




.jpg)
