ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşı hücumları nəzərdə tutan enerji atəşkəsinin qüvvəyə mindiyini bildirib.
Tramp bu barədə "Truth Social” platformasında paylaşım edib.
"Rusiya və Ukrayna arasında enerji atəşkəsi dərhal qüvvəyə minir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!”, - deyə ABŞ prezidenti yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyanın dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara 2027-ci il aprelin 7-dək icazə verib.
Rusiya prezidenti Vladimir Putin isə Tramp ilə danışıqlarının yekunlarına əsasən, Moskvanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. ///teleqraf///




