Ərdoğan HƏMAS-ın qatillərinə və təcavüzkarlarına qırmızı xalça sərməyə davam edir. O, Türkiyə ərazisindən İsrailə və regiondakı mühüm müsəlman ölkələrinə qarşı terror fəaliyyətlərini dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.
“Biz HƏMAS-ın Qəzzadakı liderlərini məhv etdik. Xəlil əl-Həyyanın da növbəsi gələcək və o, Haniyə və tərəfdarları ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriləcək”, - o bildirib.
Qeyd edək ki, İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb.




