Dünya · Bizim.Media

Roma Papası əməliyyat olunacaq - Möminlərdən onun üçün dua etmələrini xahiş etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası əməliyyat olunacaq - Möminlərdən onun üçün dua etmələrini xahiş etdi xəbəri üçün şəkil

Roma Papası XIV Leo ağciyərində erkən mərhələdə aşkar edilmiş düyünün çıxarılması üçün yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, NBC News nəşrinin məlumatına görə, 71 yaşlı pontifik bu barədə bazar günü Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi günorta duası zamanı bildirib.
 

Həkimlər müayinə zamanı Papanın ağciyərində məhdud sahədə düyün tapıblar və onun cərrahi yolla götürülməsini məqsədəuyğun sayıblar. Pontifik "Özümü sizin dualarınıza həvalə edirəm" deyərək möminlərə müraciət edib.


İndiyədək ciddi səhhət problemi olmayan və müntəzəm olaraq tennis oynayan XIV Leonun noyabr ayına planlaşdırılan Uruqvay, Argentina və Peruya səfərlərinin təxirə salınıb-salınmayacağı hələlik dəqiqləşdirilməyib.

Müraciətinin sonunda Papa Ukraynadakı müharibəni dayandırmağa və Qara dəniz vasitəsilə taxılın təhlükəsiz daşınmasını təmin etməyə çağırıb:

"Milyonlarla insanın gündəlik çörəyi müharibənin girovuna çevrilməməlidir".

Əsil adı Robert Frensis Prevost olan XIV Leo 2025-ci ildə ABŞ tarixindən çıxan ilk Roma Papası olub.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑